Litva prezidenti bu musiqiçinin mükafatını ləğv etdi
Litva prezidenti Gitanas Nauseda keçmiş dövrdə rusiyalı skripkaçı və dirijor Yuri Başmetə verilmiş Litva dövlət mükafatının geri qaytarılması haqqında fərman imzalayıb.
SAVASHMEDİA.az bu barədə LRT portalına istinadən xəbər verir.
Bu fərmana əsasən, 1999-cu ildə Başmetə təqdim olunmuş 4-cü dərəcəli Böyük Litva knyazı Gediminas ordenindən məhrum edilir. Musiqiçi ordeni və müvafiq sənədləri rəsmi olaraq Litva tərəfinə geri qaytarmalıdır.
Başmet bu mükafata “Litva musiqi mədəniyyətinin təbliğinə və dünya musiqisi xəzinəsinə verdiyi töhfəyə görə” layiq görülmüşdü.
Başmet 2014-cü ildə Krımın işğalı və ilhaqına dəstək məktubu imzalayan rus mədəniyyət xadimləri arasında olub.
Bundan sonra o, Ukraynada Lvov Milli Musiqi Akademiyasının fəxri professoru və digər titullarından məhrum edilib.
Xatirə SADİQ