75 yaşlı qadını öldürüb quyuya atan Ayparanın FOTOSU
Şərur rayonunda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Xatırladaq ki, aprelin 22-də saat 19:20-də Şərur rayon Oğlanqala kənd sakininin öldürülərək su quyusuna atılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 39 yaşlı Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 75 yaşlı Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.
Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub
Naxçıvanda 75 yaşlı nənəni öldürüb meyitini quyuya atmaqda şübhəli bilinən Aypara Əsgərovanın fotosu yayılıb.
Həmin fotonu təqdim edirik: