Qrenlandiyadan Trampa cavab gəldi
Qrenlandiya Donald Trampın adanı ABŞ-yə birləşdirmək çağırışına reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Qrenlandiyanın 5 siyasi partiyası birgə Bəyanat yayıb.
"Biz amerikalı olmaq istəmirik, danimarkalı da olmaq istəmirik. Biz qrenlandiyalı olmaq istəyirik. Qrenlandiya partiyalarının liderləri olaraq, ABŞ-nin torpaqlarımıza qarşı iddiasına son qoymasını tələb edirik” – Bəyanatda qeyd edilib.
Sənəddə həmçinin bildirilib ki, Qrenlandiya həm ABŞ, həm də Qərb ölkələri ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Banu