“Zelenski onunla Romada görüşməlidir” - Con Bolton

“Hesab edirəm ki, Ukrayna prezidenti Volodimir Zelenski papanın dəfn mərasimi zamanı amerikalı həmkarı ilə görüşməlidir”.

Apr 24, 2025 - 14:02
“Zelenski onunla Romada görüşməlidir” - Con Bolton

SAVASHMEDİA.az xəbər verir ki, bunu Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton “Babel” nəşrinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ukrayna hökuməti heç nəyə baxmayaraq, öz mövqeyini çatdırmaq üçün Tramp administrasiyası, konqresmenlər və senatorlarla ünsiyyəti davam etdirməyə çalışmalıdır.

“Fürsətlərdən biri şənbə günü Roma papasının dəfn mərasimində yarana bilər. Tramp elan etdi ki, gedir. Zelenski elan etdi ki, iştirak edəcək. Ola bilsin ki, onların danışmaq imkanı olsun. Düşünürəm ki, Zelenski, mümkündür ki, Trampı Romada görməyə cəhd göstərə bilər”, - deyə Bolton vurğulayıb. 

Müşavirin fikrincə, Trampın diqqətini cəlb etməyə çalışanda Zelenski çətin vəziyyətdə olur. 

“Zelenski Trampı Ukraynaya dəvət etməklə düzgün hərəkət etdi. Qoy, o, müharibənin hansı ziyana, hansı dağıntılara səbəb olduğunu görsün. Tramp bunu etmək istəmir, çünki o, nəyi görəcəyini bilir və bunu etiraf etmək istəmir”, - deyə keşmiş müşavir əlavə edib.

Xatirə SADİQ