“Putinə etibar etmək olmaz” - Avropa Komissiyasının prezidenti

Avropa İttifaqı (Aİ) Rusiyanın artan düşmənliyi fonunda müdafiə istehsalını gücləndirmək və sürətləndirmək üçün bütün maliyyə rıçaqlarından istifadə etmək istəyir.

Mar 11, 2025 - 13:39
“Putinə etibar etmək olmaz” - Avropa Komissiyasının prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Parlamentində çıxışı zamanı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib. 

O vurğulayıb ki, hazırda Ukraynanın hərbi təchizatındakı boşluqları doldurmaq və Ukraynaya etibarlı təhlükəsizlik təminatları verməklə yanaşı, bütün Avropa qitəsinin təhlükəsizliyini təmin etmək üçün zərurət var.

“Putin yenidən və yenidən sübut edir ki, o, düşmən qonşudur. Ona etibar etmək olmaz, onu yalnız çəkindirmək olar”, - deyə fon der Lyayen izah edib.

Onun sözlərinə görə, Rusiya hərbi kompleksi Avropanı keçir və Kreml silahlanmaya bütün Avropadan daha çox pul xərcləyir.

“Avropa Parlamenti illərlə iddia edirdi ki, Avropanın daha çox iş görməlidir Və siz tamamilə haqlı idiniz. Bu daha təhlükəli dövrdə Avropa aktivləşməlidir. Keçən həftə (Aİ) liderlərinə təqdim etdiyim planın məqsədi də budur. Onun məntiqi sadədir: Biz müdafiə istehsalımızı gücləndirmək və sürətləndirmək üçün əlimizdə olan bütün maliyyə rıçaqlarından istifadə etmək istəyirik”, - deyə Avropa Komissiyasının prezidenti diqqətə çatdırıb.

Bundan öncə Ursula fon der Lyayen bildirmişdi ki, onun “Rearm Europe” layihəsi Avropa müdafiə birliyinin əsaslarını qoyub. 

Xatirə SADİQ