"Guya vətəndaş qədri bilir? Ay-hay..." - Natiq Cəfərli həmin VİDEODAN DANIŞDI
"Vsyo, qoyun maşına" - bunu deyən məmur kimdir, bilmirəm, amma Azərbaycanın düşməni, iqtisadiyyatın qatılı, qanunsuzluğun simvoludur.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ReAL partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Sumqayıtda sahibkarlara qarşı həyata keçirilən reydlərə etiraz olaraq yazıb.
"Guya səkidən keçən vətəndaş qədrinimi bilir - ay-hay. Yaxşı, bu məmur nə haqla sahibkarın malını müsadirə edir? Hansı qanunla, rəsmi qərarla? Mağazanın qarşısına mal çıxartmaq olmaz - tamam, qərar göstər, kağız təqdim elə, o məzlum, susqun sahibkarın əlindən malını niyə alırsan, alıb hara aparırsan? Yaxşı, burda malı mağazanın qarşısına çıxartmaq olmazsa, niyə şəhərin 1000 yerində olar? Bunu hansı qanun tənzimləyir, bu məmləkətdə yazılmış, hamının bildiyi, hamının əməl etdiyi qaydalar nə zaman olacaq?! Yazılmış qaydalara hardan baxmaq olar?! Yoxsa, məmur özünü qanun, məhkəmə, hakim sayır?! Belə yanaşma, bu kafada olan məmurlar iqtisadiyyatı boğur - anlamırsız bunu?!" - Natiq Cəfərli bildirib.
Aytən