"Trampla Putinin ikilikdə imzalayacağı sazişi tanımayacam" - Zelenski üsyan bayrağı qaldırdı

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin iştirakı olmadan Moskva ilə Vaşinqton arasında bağlanacaq istənilən sazişi tanımayacağını bəyan edib.

Feb 13, 2025 - 18:16
"Trampla Putinin ikilikdə imzalayacağı sazişi tanımayacam" - Zelenski üsyan bayrağı qaldırdı

SAVASHMEDİA.az xəbər verir ki, o, müharibəyə son qoymaq üçün danışıqlar masası arxasında Avropa ölkələrinin də təmsilçiliyini vacib saydığını bildirib.

“Bu gün hər şeyin Putinin planına uyğun getməməsi vacibdir, o, danışıqların ikitərəfli olması üçün əlindən gələn hər şeyi edir”, – Zelenski deyib.

Zelenski ABŞ prezidenti Donald Trampın ilk olaraq Putinlə danışmasının özü üçün xoşagəlməz olduğunu etiraf edib.

Oğuz