Azərbaycandakı sonuncu kolxoz da ləğv olundu

İsmayıllı rayonunun İvanovka kəndindəki Nikitin adına kolxozun adı və təşkilati-hüquqi forması dəyişdirilib.

Feb 13, 2025 - 19:01
Azərbaycandakı sonuncu kolxoz da ləğv olundu

SAVASHMEDİA.az xəbər verir ki, kolxoz bundan sonra “İvanovka Aqropark” ASC adlandırılacaq. 

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Əvvəlki adı Kalinin kolxozu olan Nikitin kolxozu 1936-cı ildə yaradılıb. 1953-1994-cü illərdə ona Nikolay Vasilyeviç Nikitin rəhbərlik etmişdir. Müəssisə Azərbaycanda yeganə kolxoz idi.

Yağmur