“Poroşenko və Medvedçuk bu işdə tərəfdaşdırlar” – Zelenski 

“Fevralın 13-də sanksiyaların tətbiqi 2014-cü ildən başlayaraq müharibə zamanı pulları “yuyan” və “milyardlarla qrivnaları çıxaran” şəxslərə qarşı yönəlib”.  

Feb 13, 2025 - 19:26
“Poroşenko və Medvedçuk bu işdə tərəfdaşdırlar” – Zelenski 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu president Volodimir Zelenski Xmelnitski AES-i ziyarət edərkən söyləyib.

“Sanksiyalar tətbiq olundu. Bu, birinci və sonuncu paket deyil. Siz baxın, nə baş verir? Bizdə müharibədir, insanlar isə həqiqətən də pulları “yuyurlar”, milyardlarla qrivnaları çıxarırlar və bu, bütün müharibə boyu baş verir. Sözsüz ki, bütün müharibə ərzində. Bu, 2014–2015-ci illərdən başladı: pülların çıxarılması, separatçılarla kömürdən qazanc”, - deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti təəccübləndirən bir məqamdan da danışıb: “Mən sadəcə təəccüblənirəm ki, maliyyə monitorinqi əvvəllər bizə heç nə göstərmirdi. Mən bunu görmədim və məndən əvvəl necə olduğunu söyləmək çətindir. İndi Təhlükəsizlik Xidməti və maliyyə monitorinqi milyardları göstərir. Bütün bu insanlar, Poroşenko və Medvedçuk– onlar bu işdə tərəfdaşdırlar, amma mən günahlandırmaq istəmirəm, məhkəmələr bunu edir. Sanksiyalar bu gün qeyri-qanuni yolla qazanılan bu və ya digər pulların istifadəsinə qoyulan məhdudiyyətdir”.

Silahlı Qüvvələrin dəstəklənməsi ilə məşğul olan fondlar vasitəsilə pulların “yuyulması” ilə bağlı məlumatlara malik olduğunu bildirən Zelenski qeyd edib ki, fonddan pullar həmin şəxslərin partiyalarının üzvlərinə köçürülüb.

Ukrayna lideri əlavə edib ki, sanksiyalara məruz qalanlar çıxarılan vəsaiti büdcəyə qaytara bilərlər: “Onlar Silahlı Qüvvələrə yönəldiləcək. Sonra sanksiyalar aradan qaldırılacaq”.

Xatirə SADİQ