"Peskova qulaq asmayın, o..." - Putin
Rusiya prezidenti Vladimir Putin mətbuat katibi Dmitri Peskovla zarafatlaşıb.
Putin Peskovun Rusiya liderinin Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbəri Donald Trampla söhbətinin vaxtı ilə bağlı sözlərini şərh edərkən zarafatla “ona qulaq asmayın” deyib .
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) qurultayında Vladimir Putin təbəssümlə belə deyib: "Peskova qulaq asmayın, bu, onun işidir".
Xatırladaq ki, jurnalistlər üçün gündəlik brifinq zamanı Kremlin sözçüsü Dmitri Peskov iki dövlət başçısı arasında telefon danışığının martın 18-i, Moskva vaxtı ilə saat 16:00-18:00 arasında baş tutacağını bildirib.
Oğuz