Zelenski və Starmer 100 illik tərəfdaşlıq müqaviləsi imzaladılar

Ukrayna və Böyük Britaniya təhlükəsizlik əlaqələrini dərinləşdirmək və gələcək nəsillər üçün tərəfdaşlığı gücləndirmək məqsədilə 100 illik tərəfdaşlıq haqqında müqavilə imzalayıb.

Jan 16, 2025 - 17:57
Zelenski və Starmer 100 illik tərəfdaşlıq müqaviləsi imzaladılar

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer və prezident Vladimir Zelenski birgə mətbuat konfransında bəyan ediblər. 

Yanvarın 16-da imzalanmış müqavilə Baltik, Qara və Azov dənizlərinin təhlükəsizliyini gücləndirmək və Rusiyanın davam edən təcavüzünün qarşısını almaq üçün dəniz təhlükəsizliyi sahəsində hərbi əməkdaşlığı gücləndirəcək.

Müqavilə həm də Böyük Britaniyanın enerji sektorunda, kritik minerallar strategiyasında və təmiz polad istehsalında Ukraynanın prioritet tərəfdaş statusunu təmin edir.

100 illik tərəfdaşlıq haqqında müqavilə Ukraynanın uzunmüddətli təhlükəsizliyinin dəstəklənməsində mühüm addım və növbəti əsrdə suveren Ukrayna ilə yanaşı durmaq öhdəliyi kimi qiymətləndirilib.

Xatirə SADİQ