“Rosneft”in Voronejdəki anbarına güclü zərbələr endirildi – Ukrayna KİV
Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin (XƏQ) bölmələri yanvarın 16-na keçən gecə Rusiyanın Voronej vilayətində yerləşən “Liskinskaya” neft bazasına müvəffəqiyyətlə nəticələnən hücum təşkil ediblər.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə XƏQ məlumat yayıb.
Məlumata görə, cümə axşamına keçən gecə XƏQ dronları Rusiyanın Voronej vilayətinin Liski yaşayış məntəqəsindəki “Rosneft” bazasına zərbələr endirib. Nəticədə, neft anbarında güclü yanğın başlayıb. Bir neçə rezervuar indiyədək yanır.
Qeyd edilib ki, bu neft anbarı Ukraynaya qarşı müharibə aparan rus qoşunları qrupunu yanacaqla təmin etdiyi vurğulanır.
Xatirə SADİQ