Zaxarova Ceyhun Bayramova yazılmış saxta məktubdan danışdı
Bu saxta məktub ingilis dilində qüsursuz yazılıb
Aktauda AZAL aviaşirkətinin sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adından azərbaycanlı həmkarı Ceyhun Bayramova yazılan saxta məktubun müəllifləri Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyiblər.
SAVASHMEDİA.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə deyib.
"Bu saxta məktub ingilis dilində qüsursuz yazılıb. Bəs bütün bunlar kimə lazımdır? Məncə, müttəfiq Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyənlərə", - Zaxarova belə deyib.
Səlcuq