Ərdoğan öz yerinə onu hazırlayır - 4 mümkün namizəd

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident vəzifəsinə namizədliyini irəli sürəcək dörd namizədi var.

Jan 16, 2026 - 13:09
Ərdoğan öz yerinə onu hazırlayır - 4 mümkün namizəd

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

Nəşrin iddiasına görə, Türkiyə liderinin mümkün namizədləri oğlu Bilal Ərdoğan, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, xarici işlər naziri Hakan Fidan və keçmiş xarici işlər naziri Süleyman Soyludur.

Qeyd olunur ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkənin hazırkı liderinin dəyişdirilməsi məsələsini müzakirə etmir. Partiyanın yüksək vəzifəli üzvü qəzetə bildirib ki, B planı yoxdur.

Ekspertlər qəzetin sorğusuna cavab olaraq bildiriblər ki, seçilmək şansı yüksək olan mümkün namizəd Hakan Fidanıdır. O, xarici işlər naziri olmazdan əvvəl 10 ildən çox Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik edib.

Nəşr əlavə edir ki, prezident seçilmək şansı ən az olan şəxs 44 yaşlı Bilal Ərdoğandır.

Xatırladaq ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.

Oğuz