Bəşər Əsədin təyyarə qəzasında həlak olduğu deyilir - "Reuters"

təyyarə, qəza, radarlar, itib, Suriya

Dec 8, 2024 - 13:21
Bəşər Əsədin təyyarə qəzasında həlak olduğu deyilir - "Reuters"

Suriyanın hazırkı prezidenti Bəşər Əsədin təyyarə qəzasında həlak olma ehtimalı "çox yüksəkdir".

Bu barədə məlumatı "Reuters" yazıb.

Məlumata görə, Əsəd gecə yarısı Rusiyanın Suriyadakı hərbi bazasına uçuş həyata keçirib və ordan Moskvaya yola düşəcəyi gözlənilirdi.

Hadisənin dəqiq təfərrüatları hələlik məlum olmasa da, bu xəbər Suriya daxili siyasi arenada ciddi rezonans doğurub. Baş nazir Məhəmməd Qazi əl-Cələli ölkədə azad və demokratik seçkilərin keçirilməsinə çağırış edib.

"FlightRadar" saytının məlumatlarına görə, Bəşər Əsədi daşıdığı iddia edilən İl-76 təyyarəsi kəskin enişdən sonra radarlardan itib.

Müxalifət təyyarənin vurula biləcəyini bildirsə də, hələ ki, təsdiqi yoxdur. Versiyalardan biri budur ki, təyyarənin ötürücüləri qəsdən söndürülüb və buna görə İl-76 radarlardan itib. (musavat)