Müxalifət Bəşər Əsədin başına pul qoydu - Fantastik MƏBLƏĞ
Suriyanın paytaxtı Dəməşqi ələ keçirən silahlı müxalifət devrilən Prezident Bəşər Əsədin başına pul qoyub.
SAVASHMEDİA.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Bildirilib ki, Bəşər Əsədin yaxalanmasına yardım edənə 10 milyon dollar mükafat vəd edilib.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” silahlı birliyi bu gün Dəməşqi ələ keçirərək, Bəşər Əsəd rejiminin bitdiyini rəsmən elan edib.
Bəşər Əsədin isə təyyarə qəzasında öldüyü barədə xəbər yayılıb.