Politoloq Azər Qasımlı saxlanılıb, həyat yoldaşı danışdı - "Uşağı sən götürərsən"

Siyasi Menecment  İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanıldığı bildirilir.

Dec 8, 2024 - 12:41
Dec 8, 2024 - 13:05
Politoloq Azər Qasımlı saxlanılıb, həyat yoldaşı danışdı - "Uşağı sən götürərsən"

“Səhər Azər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı məm götürüm.  Səbəbini  soruşduqda, o, sadəcə  yalnız “özün bilirsən” deyə bilib və əlaqə kəsilib”, - deyə politoloqun həyat yoldaşı Samirə Qasımlı Turan-a bildirib.

Hazırda Azər Qasımlının telefonuna zəng çatmırı.

Noyabrın 22-də A.Qasımlı ölkədən buraxılmayıb. Üç gün sonra o, Bakı polisində bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.

A.Qasımlı Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətinin tənqidçisi kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında və müsahibələrində son bir ildə jurnalistlərin və fəalların həbslərinin yeni dalğasını Azərbaycanın xarici siyasətində Kremllə yaxınlaşma istiqamətində dönüşlə əlaqələndirib.