Ukrayna danışıqlarda mütləq iştirak edəcək - Dmitri Peskov
Vladimir Zelenskinin Kiyevin iştirakı olmadan imzalanacaq sazişin tanınmayacağını bəyan etməsindən sonra Kreml mövzu ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Kremlin mətbuat katibi Dmitri Peskov sülh danışıqlarında Ukraynanın mütləq iştirak edəcəyini deyib.
Bununla belə o, əlavə edib ki, nizamlanma ilə bağlı ikitərəfli Rusiya-ABŞ təmasları da reallaşacaq.
Peskov Səudiyyə Ərəbistanının Putin-Tramp görüşünə ev sahibliyi təklifi ilə çıxış etdiyinə diqqət çəkərək “hələlik yekun qərar yoxdur ” deyib.
Oğuz