“Bu olmasa, Trampla Putinin görüşünün mənası olmayacaq” - Hakan Fidan

“Türkiyə Ukrayna ilə bağlı sülh təşəbbüslərinin iyun ayına qədər dəqiqləşdiriləcəyini gözləyir”.

Feb 5, 2025 - 13:49
“Bu olmasa, Trampla Putinin görüşünün mənası olmayacaq” - Hakan Fidan

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. 

“Biz bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampın bir sıra təşəbbüslərini eşidirik. Amma Rusiya və ABŞ liderlərinin görüşündən əvvəl kulisarxası iş və buna hazırlıq lazımdır. Bu hazırlıq olmadan liderlərin görüşünün mənası olmayacaq”, - deyə Hakan Fidan vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən bildirib ki, onun administrasiyası Ukraynadakı münaqişəyə son qoymaq üçün çox böyük səylər göstərir. O, Kiyev və Moskva ilə konstruktiv danışıqların getdiyini söyləyib. 

Xatirə SADİQ