Netanyahunun Trampa verdiyi gözlənilməz hədiyyə - Niyə məhz peycer?
İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə görüş zamanı ABŞ prezidenti Donald Trampa iki peycer hədiyyə edib.

SAVASHMEDİA.az İsrail KİV-nə istinadla xəbər verir ki, onlardan birinin gövdəsi qızılla örtülmüş olub, digəri isə adi peycer.
Xatırladaq ki, 2024-cü ilin sentyabrın 17 və 18-də Livanın müxtəlif yerlərində rabitə cihazlarında, əsasən peycerlərdə çoxsaylı partlayışlar baş vermiş və bu əməliyyatda 37 nəfər həlak olmuş, 3 mindən çox insan yaralanmışdı.
Livanın Hizbullah təşkilatı partlayışlarda İsraili günahlandırıb.
Oğuz