"Kurtlar Vadisi"nin "Çakır"ı ZƏHƏRLƏNDİ - Xəstəxanadadır

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca zəhərlənib.

May 13, 2026 - 16:30
May 13, 2026 - 16:31
"Kurtlar Vadisi"nin "Çakır"ı ZƏHƏRLƏNDİ - Xəstəxanadadır

SAVASHMEDİA.az xəbər verir ki, O. Kaynarca bu gün səhər saatlarında özünü pis hiss etdiyi üçün xəstəxanaya gedib. Müayinələr nəticəsində onun qidadan zəhərləndiyi aşkarlanıb.

Hazırda xəstəxanada müalicə aldığı bildirilən aktyorun son durumu ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, Oktay Kaynarca “Kurtlar Vadisi” serialında oynadığı “Süleyman Çakır” obrazı ilə məşhurlaşıb. O, “Adanalı”, “Eşkiya Dünyaya Hükümdar Olmaz”, “Ben Bu Cihana Sığmazam” kimi reytinq rekordları qıran seriallarda baş rolu canlandırıb. Hazırda isə “Kim Milyoner Olmak İster?” verilişinin aparıcısıdır.

Banu