Küləklə bağlı xəbərdarlıq edildi

Azərbaycanın bəzi bölgələrində mayın 14-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

May 13, 2026 - 16:51
Küləklə bağlı xəbərdarlıq edildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Qobustan,Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.