Peskovdan AZAL təyyarəsi ilə bağlı Qazaxıstanın ilkin hesabatına reaksiya 

"Kreml qəzaya uğramış AZAL təyyarəsi bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatını şərh etmir"

Feb 5, 2025 - 13:55
Peskovdan AZAL təyyarəsi ilə bağlı Qazaxıstanın ilkin hesabatına reaksiya 

SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Bu, ilkin hesabatdır. Təbii ki, bizim müvafiq idarələrimiz onu diqqətlə öyrənəcək. Rusiya Prezident Administrasiyasının bu mövzuya münasibət bildirməsi isə mümkün deyil", - Peskov bildirib.

Xəbər verdiyimiz kimi , Qazaxıstan Nəqliyyat Nazirliyi dekabrın 25-də Bakıdan Qroznıya uçan və Qroznı səmasında Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulan Embraer 190 sərnişin təyyarəsi ilə bağlı ilkin hesabat yayıb.

Oğuz