Zelenskinin nüvə silahı çağırışına Kremldən reaksiya – “Ağılsızlığa yaxındır”
“Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanı dayandırmaq üçün ölkəsinə nüvə silahı verməyə çağırışı ağılsızlığa yaxındır”.

SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bütövlükdə bu cür bəyanatlar və bu cür açıqlamalar ağılsızlığa yaxındır. Nüvə silahlarının yayılmaması və sair barədə rejim mövcuddur”, - deyə Kremlin sözçüsü əlavə edib.
Qeyd edək ki, Ukrayna prezidenti Zelenski britaniyalı jurnalist Pirs Morqanla müsahibəsində bildirib ki, Ukrayna yaxın gələcəkdə NATO-ya qəbul edilməsə, onun təhlükəsizliyinin təmin edilməsi üçün nüvə silahı tələb olunacaq.
Xatirə SADİQ