Putin Trampla görüşəcəyi ölkənin adını çəkdi

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliyini (BƏƏ) ABŞ lideri Donald Trampla görüşü üçün uyğun məkanlardan biri adlandırıb.

Aug 7, 2025 - 17:10
Putin Trampla görüşəcəyi ölkənin adını çəkdi

SAVASHMEDİA.az xəbər verir ki, Putin bu barədə jurnalistlərə açıqlamasında deyib. 

“Bizim bu cür tədbirlərin təşkilinə yardım etməyə hazır olan çox dostumuz var. Bu dostlardan biri də BƏƏ prezidentidir. Biz qərar verəcəyik, düşünürəm ki, BƏƏ kifayət qədər uyğun məkanlardan biri olardı”, - deyə Putin bildirib. 

Yağmur