Dünən Nobel mükafatı alan yazıçı - "Birinci bu romanımı oxuyun"
Ədəbiyyat üzrə 2024-cü il Nobel mükafatı laureatı, Cənubi Koreya yazıçısı Han Qanq ilk açıqlamasını verib.
SAVASHMEDİA.az xəbər verir ki, yazıçı yüksək mükafata görə minnətdarlığını bildirib.
"Mən bu mükafatı almaqdan şərəf duyuram və sizin dəstəyinizi həqiqətən yüksək qiymətləndirirəm", - bunu Han Qanq Nobel Komitəsinin nümayəndəsi ilə söhbətində bildirib.
Yazıçı oxucularına onun yaradıcılığı ilə tanış olmaq üçün 2021-ci ildə nəşr olunan "Əlvida demirəm" adlı son romanı ilə başlamağı tövsiyə edib.
Qeyd edək ki, 2024-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı cənubi koreyalı yazıçı Han Qanqa verilib.
Cənubi koreyalı yazıçı Han Qanq 2024-cü il Ədəbiyyat üzrə Nobel Mükafatına "tarixi travma ilə üzləşən və insan həyatının kövrəkliyini ifşa edən zəngin, poetik nəsrinə" görə layiq görülüb
Yağmur