Tramp Putinlə nə vaxt görüşəcək? - Dövlət katibindən açıqlama
“Ər-Riyaddakı görüşdə prezident Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında şəxsi görüş mövzusu müzakirə olunub, lakin mən onun nə zaman baş tutacağını deyə bilmərəm”.
SAVASHMEDİA.az ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bunu dövlət katibi Marko Rubio jurnalist Ketrin Herricə deyib.
Bu görüşün 2025-ci ildən sonra baş verə biləcəyi ilə bağlı suala dövlət katibi belə cavab verib: "Bunun nə vaxt olacağını bilmirəm. Amma prezident Putinlə prezident Tramp arasında görüş nəsə bir mövzuda görüş olmalıdır”.
“Biz bilməliyik ki, bu görüş nədən ibarətdir, orada nəyə nail olunacaq. Adətən belə görüşlər hansısa nəticə və ya irəliləyiş barədə məlumatı olmayana qədər keçirilmir. Həmin görüşün nə vaxt baş tutacağı bizim Ukraynada müharibəni bitirməkdə irəliləyişə nail olub-olmayacağımızdan çox asılıdır”.
Qeyd edək ki, Tramp bu yaxınlarda Kreml lideri ilə görüşünün çox yaxın vaxtda baş tuta biləcəyini demişdi.
Xatirə SADİQ