Qətər 42 milyard dollarlıq Amerika silahı alacaq – Tramp
“Doha Vaşinqtondan 42 milyard dollar dəyərində silah alacaq və Qətərdəki Amerikanın Əl-Udeid aviabazasına 10 milyard dollar sərmayə qoyacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Əl-Udeid aviabazasındakı amerikalı həırbçilər qarşısında çıxışı zamanı ABŞ prezidenti Donald Tramp deyib. Ağ Ev bu görüşü YouTube kanalında canlı yayımlayıb.
“Dünən biz Qətərlə Amerikanın ən yaxşı hərbi texnikasının, o cümlədən THAAD raketdən müdafiə batareyaları, “Pegasus” tanker təyyarələri, “Desert Vipers”, yüngül zirehli maşınları, MQ-9B və “Sky Guardian” pilotsuz təyyarələri də daxil olmaqla alınmasına dair 42 milyard dollar dəyərində müqavilə imzaladıq”, - deyə Tramp vurğulayıb.
Mayın 14-də Vaşinqton və Doha silsilə müdafiə sazişləri imzalayıb və təhlükəsizlik sahəsində tərəfdaşlığı gücləndirmək barədə razılığa gəlib. Ağ Evin sazişlər üzrə məlumatında deyilib ki, Qətər ABŞ istehsalı olan “Raytheon Fixed Site” PUA-ları ilə mübarizə üçün Amerika sisteminin ilk beynəlxalq sifarişçisi olacaq.
Xatirə SADIQ