Benyamin Netanyahunun ofisi təsdiqlədi 

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İsrail və “HƏMAS” danışıqlar qruplarının atəşkəs və girovların azad edilməsi haqqında saziş imzaladığını təsdiqləyib.

Jan 17, 2025 - 07:45
Benyamin Netanyahunun ofisi təsdiqlədi 

SAVASHMEDİA.az bu barədə “The Times of İsrael” nəşrinə istinadən xəbər verir.

Netanyahunun ofisinin bəyanatında deyilir ki, baş nazir müqaviləyə səs vermək üçün cümə günü Təhlükəsizlik Kabinetinin iclasını çağırıb.

Netanyahunun mətbuat katibi onu da nəzərə çatdırıb ki, hökumətin tam iclası şənbə günü axşam baş tutacaq.

Nəşr vurğulayıb ki, beləliklə, müqavilə bazar ertəsi, yəni ilkin nəzərdə tutulduğundan bir gün gec qüvvəyə minə bilər. Buna görə də bazar günü azad edilməli olan ilk üç girov daha bir gün gözləməli olacaq.

“The Times of İsrael” yazır ki, İsrailin danışıqlar qrupu Netanyahuya zəng edərək əldə olunmuş razılaşma barədə məlumat verdikdən sonra hakimiyyət qalan 98 girovun ailələrini də bundan xəbərdar edib. 

“İsrail dövləti müharibənin bütün məqsədlərinə nail olmağa, o cümlədən bütün, həm diri, həm də ölü girovlarımızın qaytarılmasına sadiqdir”, - deyə Netanyahunun ofisi vurğulayıb. 

Qeyd edək ki, bundan öncə xarici KİV-lər yanvarın 16-da Misirin Doha şəhərində İsrail və “HƏMAS” qruplaşmasının Qəzzada saxlanılan girovları azad etmək və atəşkəsə başlamaq məqsədilə rəsmi müqavilə imzaladığını xəbər vemişdi. 

Xatirə SADİQ