Elgiz efirdə Xalq artistini YIXDI-SÜRÜDÜ: “Tərinin iyindən öldüm...” – VİDEO

Aparıcı Elgiz Əkbərin Xalq artisti ilə bağlı açıqlaması gündəm olub.

Mar 11, 2025 - 13:45
Mar 11, 2025 - 13:46
Elgiz efirdə Xalq artistini YIXDI-SÜRÜDÜ: “Tərinin iyindən öldüm...” – VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, aparıcı “Elgizlə İzlə” verilişində natəmizlikdən danışıb və buna sənət adamlarından birini misal çəkib.

O bildirib ki, Xalq artisti verilişə natəmiz gəlib, libası çirkli olub:

“Xətrini çox istədiyim bir xanım Xalq artistini verilişə qonaq dəvət etmişik. Verilişlərə təsadüfən çıxır. Geyindiyi köynəyə dovğa və ya qatıq tökülüb. Saçına 15-20 gündür su dəymədiyi açıq-aşkar görünür. Yanında oturmuşdum. Tər qoxusundan başım çatlayırdı.Bu qədər hörmətsizlik olmaz. Xalq artisti olsa da gərək onu yola sala idim. Belə məsuliyyətsizlik olmaz. Efir bitəndən sonra Xalq artistləri mənə zəng edib dedilər ki, o sənətçilərin adını batırır. Biri hətta ağladı da. Axı belə olmaz, sən Xalq artistisən, aktrisasan efirə çıxırsan. Məsələn, elə insan var ki, ona al da geyinsə yaraşır, şal da. Məsələn, Həmidə Ömərova. İnsan sadə də geyinə bilər, ancaq təmizlik önəmlidir”.

Banu