İsrail “Dəmir divar” əməliyyatına başladı 

İsrail ordusu və təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində “Dəmir divar” antiterror əməliyyatına başlayıb.

Jan 21, 2025 - 13:12
İsrail “Dəmir divar” əməliyyatına başladı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu “X” platformasında yazıb. 

“Bu, İudeya və Samariyada təhlükəsizliyi gücləndirmək məqsədimizə nail olmaq üçün daha bir addımdır. Biz İran mehvərinə qarşı, o silahını hara yönəldirsə, metodik və qətiyyətlə hərəkət edirik”, - deyə baş nazir vurğulayıb.

Əməliyyatın başlanmasına səbəb İordan çayının qərb sahilindəki Cinsafut və Əl-Funduk yaşayış məntəqələri ərazilərində baş vermis iğtişaşlar zamanı iki israillinin yaralanması olub.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Cenində keçirdiyi əməliyyat zamanı 4 nəfər ölüb, 35-ə qədər insan yaralanıb.

İordan çayının qərb sahili qismən tanınan Fələstinin bir hissəsidir. Fələstin Milli Administrasiyası (PNA) tərəfindən idarə olunur. İkinci hissə Qəzza zolağıdır və və bu əraziyə “HƏMAS” hərəkatı nəzarət edir. İsrail 15 aylıq müharibədən sonra “HƏMAS”la atəşkəs müqaviləsi imzalayıb.

Xatirə SADİQ