Starmer bu icazə ilə britaniyalıların həyatını təhlükəyə atır - Əraqçi 

Britaniyalıların böyük əksəriyyəti İsrail və ABŞ-nin İrana qarşı müharibəsində iştirak etmək istəmir.

Mar 20, 2026 - 23:51
Starmer bu icazə ilə britaniyalıların həyatını təhlükəyə atır - Əraqçi 

SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.

"Buna məhəl qoymayan cənab Starmer (Kir Starmer Böyük Britaniyanın Baş naziri – red.) Britaniya bazalarının İrana qarşı təcavüz üçün istifadəsinə icazə verməklə britaniyalıların həyatını təhlükəyə atır".- Əraqçi bildirib.

O vurğulayıb ki, İran özünümüdafiə hüququndan istifadə edəcək.

Qeyd edək ki, Böyük Britaniya ABŞ-yə İrandakı hədəflərə zərbələr endirmək üçün öz hava bazalarından istifadə etməyə icazə verib.