"Salam, hörmətli Tramp. Sən ölkəni atıb Çində yaşayardın?" – Fələstinli qızdan müraciət + VİDEO
Qəzzalı kiçik qız Maria Hannoun öz məntiqli cavabı ilə ABŞ prezidenti Donald Trampa dərs keçib.
SAVASHMEDİA.az xəbəbr verir ki, sosial media şəbəkələrində yayılmış videoda Maria ABŞ prezidentinə müraciət edib:
“Salam, ABŞ prezidenti hörmətli Tramp!
Mən Qəzzadan bir uşağam. Adım Maria Hannoundur. Səndən bir sual soruşmaq istəyirəm. Ümid edirəm ki, bu, sənə çatar və cavab verərsən. Qəzza savaşından qurtulan bir uşaq olaraq əgər səndən evindən, məmləkətindən ayrılmanı, Çində və ya Misirdə yaşamağını istəsəydim, qəbul edərdinmi?
Güldüyüm üçün qüsura baxma, amma bunu ciddi qəbul edə bilməzdim. Yaxşı, bunu rədd edəcəksən, nədən məndən zorla evimdən, ölkəmdən getməyi qəbul etməyimi gözləyirsən? Sənuin dünyada azad ölkə olmağın gərək deyilmi? Bizi öz məmləkətimizdən uzaqlaşdırırkən hansı azadlıqdan bəhs edirsən?”
Xatirə SADİQ