Aİ-nin sanksiyalar siyahısından 4 nəfərin adı çıxarıldı
Avropa İttifaqının (Aİ) sanksiyalar siyahısından çıxarılacaq 4 şəxsin adı məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropadakı “Radio Free Europe / Radio Liberty”nin redaktoru Rikard Yozvyak məlumat yayıb.
Onun sözlərinə görə, bu siyahıya biznesmen, Avropa Yəhudi Konqresinin başçısı Vyaçeslav (Moşe) Kantor, rusiyalı oliqarx Alişir Usmanovun baçısı Gülbahor İsmailova, Rusiyanın idman naziri Mixail Deqtyarov, “Avrokim”in keçmiş başçısı Vladimir Raşevski daxildir.
Jurnalistin sözlərinə görə, Vyaçeslav (Moşe) Kantor və Gülbahor İsmailova 2022-ci ildən, Mixail Deqtyarov 2014-cü ildən sanksiyalara məruz qalmışdılar. Vladimir Raşevskinin isə ötən həftə siyahıdan çıxarılması qərara alınıb, çünki onun adı Aİ Şurasında mübahisələr və fikir ayrılığı doğururdu.
Qeyd edək ki, Macarıstan anti-Rusiya sanksiyalarının daha 6 ay müddətinə uzadılmasına mane olmamaq barədə razılaşma müqabilində 3 nəfərin sanksiyalar siyahısından çıxarılmasını tələb edirdi.
Xatirə SADİQ