Məşhur türk aktrisanın vəziyyəti ağırdır: “Xahiş edirəm...” - FOTOLAR

Türkiyəli aktrisa Gül Onat bir ildir ki, mədəaltı vəzi xərçəngindən əziyyət çəkir.

Sep 16, 2025 - 14:55
Məşhur türk aktrisanın vəziyyəti ağırdır: “Xahiş edirəm...” - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, məşhur aktrisa bir müddət öncə keçirdiyi əməliyyatın 8 saat davam etdiyini açıqlayıb. G.Onat çox çətin günlər keçirdiyini bildirib.

Vəziyyəti yaxşı olmayan aktrisa xəstəxana çıxışında çəkilmiş şəklini paylaşaraq onun üçün dua edilməsini xahiş edib:

"Daha bir müalicə günü.  Xahiş edirəm, mənim üçün dua edin, dostlar".

Qeyd edək ki, Gül Onat "Sihirli Annem", "Yer Gök Aşk", "Lale Devri",  "Kaderimin Yazıldığı Gün", "Sustalı Ceylan" kimi reytinq rekordaları qıran seraillarda rol alıb.

Banu

Fotolarda: Gül Onat