“Dojd” telekanalının üç jurnalistinə cinayət işi açıldı - Rusiyada
Rusiya İstintaq Komitəsi “Dojd” qəzetinin baş redaktoru Tixon Dzyadko və telekanalın aparıcıları Yekaterina Kotrikadze və Valeriya Ratnikova barəsində cinayət işi açıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RBC telekanalı məlumat yayıb.
Rusiyada “xarici agentlər”in reyestrinə daxil olan hər üç jurnalist ordu haqqında saxta xəbərlər və “xarici agent” öhdəliyini yerinə yetirməmələri ilə bağlı iş üzrə fiqurant sayılırlar.
İstintaq hazırda Kotrikadze və Ratnikova barəsində axtarış elan edilməsi məsələsinə baxır. Dzyadko haqqında axtarış bundan öncə elan edilib. Yekaterina Kotrikadze və Tixon Dzyadko ər-arvaddırlar.
Qeyd edək ki, hazırda Amsterdamda fəaliyyət göstərən “Dojd” telekanalı Rusiyada “xarici agent” və arzuolunmaz təşkilat kimi tanınır.
Xatirə SADİQ