“Fələstin dövlətçiliyinin tanınması müzakirə mövzusu deyil” - Fridrix Merts
Berlin Avropa İttifaqının (Aİ) İsrailə qarşı sanksiyalarına dəstək olub-olmaması barədə qərarı oktyabr ayında verəcək.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix merts Madridə səfəri zamanı deyib.
Onun sözlərinə görə, bu hadisə Aİ-nin oktyabrda Kopenhagendə keçiriləcək iclasından əvvəl baş verə bilər.
İspaniyanın baş naziri Pedro Sançeslə birlikdə çıxış edən Merts bildirib ki, İsrailin Qəzza zolağında hərəkətləri bəyan etdiyi hədəflərə uyğun deyil. Lakin kansler nəzərə çatdırıb ki, Almaniya bu hərəkətlərin soyqırımı olduğu fikrini bölüşmür.
Merz onu da qeyd edib ki, ölkəsi üçün Fələstin dövlətçiliyinin tanınması hələlik müzakirə mövzusu deyil.
Xatirə SADİQ