Moskva vurulacaq? - ABŞ kritik qərara hazırlaşır
Amerika Birləşmiş Ştatları Ukrayna Silahlı Qüvvələrinin Rusiya paytaxtını vura biləcək yeni raketlərlə təmin etməyə hazırlaşır.
SAVASHMEDİA.az Reuters agentliyinə istinadla xəbər verir ki, söhbət JASSM raketlərindən gedir.
Məlumat üçün bildirək ki, noyabr ayında NATO-nun Avropadakı qüvvələrinin komandanı Kristofer Kavoli ABŞ-nin Ukraynaya göndərə biləcəyi silahların siyahısını Konqresə təqdim edib. Siyahıda Rusiyanın dərinliklərindəki hədəfləri vurmağa qadir olan AGM-158 JASSM uzaqmənzilli qanadlı raketlərin də adı çəkilir.
JASSM-in köhnə modifikasiyaları (AGM-158A) 370 kilometrə qədər uçuş məsafəsinə malikdir. Yenilənmiş versiya - AGM-158B (JASSM-ER) isə 926 kilometrə qədər məsafədəki hədəfləri zərərsizləşdirmək gücündədir.
AGM-158B raketləri Ukraynaya verilərsə, bu, Rusiyanın bir sıra iri şəhərlərinin, o cümlədən paytaxt Moskvanın vurula biləcəyi ehtimalını artırır.
Oğuz