ABŞ-nin dövlət katibi bu gün Lavrovla görüşəcək
ABŞ dövlət katibi Marko Rubio bu gün Kuala-Lumpurda rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu görüş Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının xarici işlər nazirləri toplantısı çərçivəsində baş tutacaq.
Agentlik qeyd edir ki, bu, Rubio və Lavrov arasında ikinci şəxsi görüş olacaq. Görüş ABŞ Prezidenti Donald Trampın Ukraynada uzanan müharibəyə görə Putindən getdikcə daha çox məyus olduğunu ifadə etdiyi bir vaxta təsadüf edir.
Onların ilk görüşü Tramp administrasiyasının ikitərəfli əlaqələri bərpa etmək və müharibəyə son qoymaq üçün danışıqları asanlaşdırmaq səyləri çərçivəsində fevral ayında Səudiyyə Ərəbistanında keçirilmişdi.
Xatirə SADIQ