"Kaş pulumuz olaydı, amma o yoxdur" - Pezeşkian təəssüflənir
İran Prezidenti Məsud Pezeşkian daha çox pul çap etməyin ölkədəki iqtisadi problemlərin həllinə kömək etməyəcəyini düşünür.
SAVASHMEDİA.az xəbər verir ki, Pezeşkian vəziyyətdən çıxış yolu tapmaq üçün mütəxəssislərlə məsləhətləşməyə hazır olduğunu bildirib:
"Mən ekspertlərin məsləhətlərinə dəyər verirəm və ölkənin inkişafı və tərəqqisi üçün sizin fikirlərinizi eşitmək istəyirəm".
Onun sözlərinə görə, İranın hazırkı vəziyyətinə görə çox sayda insan məsuliyyət daşıyır, ona görə də ölkədəki problemlər birgə səylərlə həll olunmalıdır.
"Hamımız ölkəni bu nöqtəyə gətirdik və məsuliyyəti bölüşürük. Yalnız bir tərəfin günahkar olduğunu düşünmək səhvdir", - Pezeşkian bildirib.
İran prezidenti həmçinin ölkənin məhdud maliyyə resurslarından təəssüflənərək, ölkənin inkişaf variantlarını və potensialını adekvat qiymətləndirməyin zəruri olduğunu bildirib.
"Hazırıq, amma reallıqla üzləşməliyik. Əvvəlcə nə edəcəyimizi bilməliyik. Maliyyə məhduddur, resurslarımız yoxdur", - o vurğulayıb.
Səlcuq