ABŞ 100 yaşlı eks-prezidentlə vidalaşır - FOTO
ABŞ-nin 39-cu prezidenti Cimmi Karterin cənazəsi vida mərasimi üçün Vaşinqtondakı Kapitol binasına gətirilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” mlumat yayıb.
“Bu gün biz əməlləri gələcək nəsillər üçün əks-səda verəcək bir insanın xatirəsini ehtiramla yad etmək üçün toplaşmışıq”, - deyə ABŞ vitse-prezidenti Kamalə Hərris Capitol Rotundada toplaşan fəxri qonaqlara və Karter ailəsinin üzvlərinə müraciət edib.
Hərris keçmiş prezidentin Kemp Devid sazişlərinin vasitəçiliyində, etik islahatların aparılmasında, Təhsil və Enerji Nazirliklərinin yaradılmasında roluna diqqəti çəkib.
Konqres liderləri Karterin Amerika tarixində keşməkeşli bir vaxta təsadüf edən prezidentliyini xatırladıblar.
“Prezident Karterin ömrü, fədakar xidməti, xərçənglə mübarizəsi və yaxınlarına xidmətdə göstərdiyi töhfələr həqiqətən də təkrarolunmazdır. Prezident Karter həmişə xidmət etmək və işini görmək üçün qollarını çırmalamağa hazır idi”, - deyə Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.
Yalnız bir müddət ərzində prezidentlik etmiş Nobel Sülh Mükafatı laureatı Cimmi Karterin cənazəsi iki gün Vaşinqtonda qalacaq və Amerika ictimaiyyətinə ona son ehtiramlarını bildirməyə şərait yaradılacaq.
Kapitoli memarının sözlərinə görə, Kapitol Rotundada cəmi 46 ABŞ dövlət xadimi dəfn edilib. Cümə axşamı Cimmi Karterin cənazəsi ailə məzarlığında dəfn olunmaq üçün vətəni Corciya ştatına qaytarılacaq.
Xatırladaq ki, Karterin prezidentliyi Vyetnam müharibəsi və “Watergate” qalmaqalından sonra başlayıb. Onun 1977-ci ildən 1981-ci ilə qədərki dövrü İran və Əfqanıstanda ciddi inflyasiya və böhranlarla yadda qalıb.
Karter uzunömürlü prezident oldu: o, 100 yaşında dünyasını dəyişdi. Onun Ağ Evdən sonrakı karyerası xeyriyyəçilik fəaliyyəti, beynəlxalq təşkilatlarda iştirak, dünya üzrə səyahətlər və görüşlərlə davam etdi. Bu, Amerika prezidentlərinin səlahiyyət müddətindən sonra necə yaşadığı ilə bağlı təsəvvürləri dəyişdi.
Xatirə SADİQ