Tramp silah ixracını artırmaq üçün fərman hazırlayır 

ABŞ prezidenti Donald Trampın administrasiyası hərbi texnikanın ixracı qaydalarını yumşaldacaq fərman qəbul etməyi planlaşdırır.

Apr 2, 2025 - 17:04
Tramp silah ixracını artırmaq üçün fərman hazırlayır 

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
 
Agentlik yazır ki, bu qərar ABŞ-nin əsas müdafiə podratçıları üçün satışları artıracaq. Fərmanın Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsun keçən il Nümayəndələr Palatasının üzvü olarkən təklif etdiyi qanun layihəsinə bənzəyəcəyi bildirilir.

Əgər Uoltsun qanun layihəsi qəbul edilsəydi, 2024-cü ildə ABŞ-nin silah ixracına nəzarət qanununa minimal məbləğləri artıqmaq məqsədilə dəyişikliklər ediləcəkdi. 

Yəni, əgər indi Konqres 14 milyon dollar və ya daha çox məbləğdə ixracı təsdiq etməlidirsə, qanun layihəsində bu həddi 23 milyon dollara qaldırmaq təklif edilirdi. Bu məbləğdən aşağı olan hər şey Konqresin icazəsi olmadan satıla bilər.

Xatırladaq ki, Tramp ilk prezidentlik müddətində Konqres üzvlərinin insan haqları və ya digər məsələlərlə bağlı xaricə silah satışını dayandırmasından narazılığını tez-tez dilə gətirirdi.

Xatirə SADİQ