Medvedev qəfildən susub – Rusiya KİV

ABŞ prezidenti Donald Tramp Rusiyanın yaxınlığında nüvə sualtı gəmilərinin yerləşdirildiyini elan etdikdən sonra Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin sosial mediada səsi eşidilməz olub. 

Aug 4, 2025 - 16:06
Medvedev qəfildən susub – Rusiya KİV

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri yazıb. 

Nəşr qeyd edir ki, Kremlin aqressiv ritorikasının əsas ruporu olan Medvedev iyulun 31-dən bəri öz Telegram kanalında bir post belə yazmayıb. Halbuki Trampın Hindistan və Rusiyanın “ölü iqtisadiyyatı” ilə bağlı bəyanatlarına cavab olaraq Medvedev ABŞ prezidentini nüvə müharibəsi və “gəzən ölülər”lə hədələmişdi. Amma indi Medvedevin X sosial şəbəkəsindəki rus və ingilis dillərindəki hesablarında da sükütdur.

Politoloq Abbas Qalyamov hesab edir ki, Medvedev çox güman ki, “şok işindədir”. 

Hərbi ekspert Yuri Fedorov güman edir ki, Tramp hansı sualtı gəmilərdən söhbətin getdiyini dəqiqləşdirməsə də, yəqin ki, o, “Ohayo” strateji sualtı gəmilərini nəzərdə tutub. 

“Hər belə raketdaşıyıcıda 24 “Trident” raket buraxılış qurğusu var. Hər “Trident” raketində isə 8 döyüş başlığı var. Təxminən 100 kilotonluq gücə malikdir”, - deyə hərbi ekspert bildirib. 

Beləliklə, Trampın göstərdiyi sadəcə iki sualtı gəmi 350-dən çox döyüş başlığı daşıyır. Onlar Rusiyanın Avropa ərazisini, eləcə də Medvedevin Trampı hədələdiyi “Ölü əl” qərargahının yerləşdiyi Yamantau dağını tamamilə məhv etməyə qadirdir. 

Havaydakı Sakit Okean forumunun baş elmi işçisi Uilyam Alberk deyib ki, Trampın bəyanatları Putinə “Dmitri Medvedevin insanlara öz mövcudluğunu xatırlatmaq səylərini” qiymətləndirmədiyinə dair siqnaldır.

“Düşünürəm ki, Putin, nəhayət, Trampın ismarıcını başa düşəcək, xüsusən Medvedevin əsassız bəyanatları Qərbi cilovlamaq üçün strategiya kimi artıq Baydenin prezidentliyi dövründə olduğundan daha az dəyərlidir”, - deyə Alberk RBC telekanalına söyləyib.

O, həmçinin ehtimal edir ki, Putin gec-tez vəziyyətdən baş çıxaracaq.

Xatirə SADİQ