Kremldən sülhməramlıların Ukraynada yerləşdirilməsinə reaksiya
“İndiyədək heç kim sülhməramlı kontingentlərin Ukraynada yerləşdirilməsi ilə bağlı əsaslı söhbət aparmayıb”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istiandən xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov britaniyalı baş nazir Kir Starmerin Avropanın sülhməramlı kontingentlərini Ukraynada yerləşdirməyə hazır olması ilə bağlı sözlərinə belə reaksiya verib.
“Avropalılar indi sülhməramlı kontingentlər haqqında çox danışırlar – həm fransızlar, həm də ingilislər, bu, həqiqətən də belədir. Amma siz və mən sülhməramlı kontingentlərin yerləşdirilməsi qaydalarını bilirik. İndiyə qədər heç kim bu məsələ ilə bağlı əsaslı söhbət aparmayıb”, - deyə Peskov jurnalistlərə söyləyib.
Avropa qoşunlarının, o cümlədən alman və britaniyalıların yerləşdirilməsinin mümkünlüyü ilə bağlı suala cavabında Peskov qeyd edib ki, belə ölkələr NATO-nun üzvüdür.
O, bu məsələnin çox mürəkkəb olaraq qaldığını deyib: “Bu haqda danışmaq çətindir. Bunlar NATO-ya üzv ölkələrdir və beləliklə, NATO qoşunları Ukrayna ərazisinə yerləşdiriləcək. Ona görə də bu, çox mürəkkəb məsələdir. Hələlik bu məsələ ilə bağlı heç bir əsaslı müzakirə aparılmayıb”.
Xatirə SADİQ