Tiflisdə 31 nəfər saxlanılıb – Gürcüstan DİN

Tiflisin “Tbilisi Mall” ticarət mərkəzinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə 31 nəfəri saxlayıblar.

Feb 3, 2025 - 08:25
Tiflisdə 31 nəfər saxlanılıb – Gürcüstan DİN

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

Həmin şəxslər Cinayət Məcəlləsinin 173-cü (polis əməkdaşının qanuni tələbinə tabe olmamaq) maddəsi ilə müəyyən edilmiş qayda pozuntularına görə inzibati qaydada saxlanılıblar.

DİN qeyd edib ki, saxlanılanların bəziləri, o cümlədən “Dəyişikliklər naminə Koalisiya”nın liderlərindən biri olan Nika Melia qəbz əsasında artıq sərbəst buraxılıb. 

Xatirə SADİQ