Kanada qonşusuna qətiyyətli cavab verəcək - Castin Trüdo

Ottava martın 4-dən ABŞ-nin Kanada mallarının əksəriyyətinə 25-faizlik tarifləri tətbiq edəcəyi barədə Donald Trampın açıqlamasına sərt reaksiya verib.

Feb 28, 2025 - 12:10
Kanada qonşusuna qətiyyətli cavab verəcək - Castin Trüdo

SAVASHMEDİA.az xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo mətbuat-konfransında ölkəsinin qətiyyətli addımlar atacağını vəd edib.  

“Kanada, kanadalıların gözlədiyi kimi dərhal və qətiyyətlə cavab verəcək. Tariflər tətbiq edilərsə, kanadalılar və Kanada biznesinə, eləcə də amerikalılar və Amerika biznesi üçün çətin olacaq. Hər imkan düşdükcə sərhəddən cənubda bu işə bütün səylərimizi yönəldirik”, - deyə Trüdo bildirib.

Amerikalı prezidentin söylədiyi tariflər qüvvəyə minən kimi Kanadanın 150 milyard dollarlıq Amerika mallarına rüsumlar tətbiq etməklə Trampa qarşı cavab tədbirləri planını bərpa edəcəyi gözlənilir.

Xatirə SADİQ