250 dollarlıq əskinasın üzərində Trampın təsviri olacaq?
Amerikalı respublikaçı konqresmen Co Uilson üzərində prezident Donald Trampın təsviri olan 250 dollarlıq əskinasın yaradılmasını təklif edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Co Uilson “X” platformasında yazıb.
O, bildirib ki, Donald Trampın təsvirinin əks olunduğu 250 dollarlıq əskinasla bağlı qanun layihəsi hazırlayır. “Qravür və Çap Bürosunun üzərinə Donald Trampın əks olunduğu 250 dollarlıq əskinas dizaynını hazırlamaq öhdəliyini qoymaq üçün qanun layihəsi hazırladığımı bildirdiyiniz üçün təşəkkür edirəm. Baydeninflyasiya iqtisadiyyatı məhv etdi, amerikalı ailələri daha çox nağd pul daşımağa məcbur etdi. Ən dəyərli prezident üçün ən dəyərli əskinas!”, - deyə Uilson vurğulayıb.
“The New York Post” qeyd edib ki, bu qanun layihəsi qanuna ziddir, çünki mövcud qanunvericilikdə həyatda olan şəxsin təsvirinin Amerika valyutasında əks olunması qadağandır. Monarxiya görüntüsündən yayınmaq və yalnız vəfat etmiş insanların təsvirlərini göstərmək ənənəsi 1866-cı ildə qanuna çevrilib.
Qravür və Çap Bürosuna görə, 100 dollardan yuxarı əskinaslar da istifadə edilməməsi səbəbindən 1969-cu ildən dövriyyədən çıxarılıb.
Xatirə SADİQ