İrlandiya baş naziri Ukraynaya dəstək vəd edib

“İrlandiya Ukraynaya sülhməramlılar göndərilməsi də daxil olmaqla yardıma açıqdır”. 

Feb 28, 2025 - 12:12
İrlandiya baş naziri Ukraynaya dəstək vəd edib

SAVASHMEDİA.az “İrish Examiner”ə istinadən xəbər verir ki, bunu İrlandiyanın baş naziri Mixal Martin yolüstü ölkəsində dayanan Ukrayna prezidenti Vladimir Zelenskiyə deyib. 
  
“Biz açıq şəkildə bildirdik ki, çox israrlı şəkildə Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünün sürətləndirilməsina nail olacağıq. O, (Zelenski – red.) bunda çox maraqlıdır. Bu, prioritetdir, çünki bu, özlüyündə Ukrayna üçün müəyyən təhlükəsizlik təminatlarını təmin edir, həm də iqtisadi baxımdan da gələcəkdə Ukrayna üçün çox mühüm imkanlar açır. Və o, Ukraynanın Aİ-yə daxil olmasının ilk günlərindən bizim dəyişməz dəstəyimizi yüksək qiymətləndirir”, - dey\ irlandiyalı baş nazir vurğulayıb.

Onun sözlərinə görə, görüş zamanı İrlandiyanın Ukraynaya maliyyə dəstəyi də müzakirə olunub: “Mən izah etdim ki, Avropa Sülh Fondu çərçivəsində öhdəliklərimiz Macarıstanın veto qoyması qərarı ilə pozuldu. Biz Ukraynaya maliyyə yardımı göstərmək üçün alternativ yanaşmaları nəzərdən keçiririk və görüş zamanı bir sıra fikirlər ortaya çıxdı”.

Martin həmçinin deyib ki, Zelenski Avropanın potensial sülh nizamlanmasının mərkəzində saxlanılmasına diqqətini çox cəmləyib. 

Xatirə SADİQ