Lukaşenkodan müsahibə alan jurnalist “ekstremist” adlandırıldı – Belarusda
Belarusda ukraynalı jurnalist Dmitri Qordonun sosial şəbəkələrdəki hesabları “ekstremist” kimi tanınıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə tanınmış ukraynalı jurnalist Dmitri Qordon öz “telegram” kanalında məlumat paylaşıb.
“Gülürəm. Belarusdan olan dostlar, əgər hakimiyyət sizə sosial şəbəkələrimizi oxumaqla “ekstremist məzmunun yayıcısı” olduğunuzu desə, onlara Lukaşenkonun rəsmi saytını göstərin. Onun Qordonla müsahibəsi hələ də orada yerləşdirilib. Ona görə də əvvəlcə onun yanına getsinlər – Lukaşenko indi rəsmi olaraq “ekstremizmin” əsas paylaşanına çevrilib”, - deyə Qordon diqqətə çatdırıb.
Xatirə SADİQ