ABŞ dövlət katibi uyğurların Taylanddan Çinə ekstradisiyasını pislədi
ABŞ dövlət katibi Marko Rubio fevralın 27-də Taylandın 40 uyğuru Çinə ekstradisiya etməsini pisləyib.
SAVASHMEDİA.az bu barədə “Amerikanın səsi”nə istinadən xəbəbr verir.
“Taylandın çoxdankı müttəfiqi kimi ölkənin beynəlxalq öhdəliklərinə zidd ola biləcək bu hərəkətlərindən əndişələnirik”, - deyə dövlət katibi bildirib.
BMT-nin İşgəncələrə Qarşı Konvensiyasına və bütün şəxslərin məcburi itkindən mühafizəsi haqqında Beynəlxalq Konvensiyaya istinad edən Rubio qeyd edib ki, baş verənlər tay xalqının əhalinin ən həssas təbəqələrini qorumaq ənənəsinə ziddir və Taylandın insan hüquqlarını qorumaq öhdəliyinə uyğun deyil. O, Tayland hakimiyyətini ona müdafiə üçün müraciət edən uyğur nümayəndələrini zorla Çinə qaytarmamağa çağırıb.
2022-ci ilin may ayında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının idarəsi Çin hakimiyyətinin uyğurlara qarşı repressiyalarının miqyasını açıqlayan hesabat dərc edib. Hesabat müəllifləri etiraf edirlər ki, Çində uyğurların və digərlərinin əsassız həbslərinin miqyası beynəlxalq cinayətlər, xüsusilə də insanlığa qarşı cinayətlər təşkil edə bilər.
Birləşmiş Ştatlar hesabatın açıqlanmasını alqışlayıb, Pekin isə Sincanda hər hansı insan haqlarının pozulmasını inkar edib.
Xatirə SADİQ